Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

Namizədlərin sayı 5-ə çatdı. Mais Güləliyev marafondan kənarda qaldı


Mərkəzi Seçki Komissiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi prezidentliyə namizəd statusunda qeydə alıb. Bununla oktyabrın 15-də keçiriləcək seçkidə namizədlərin sayı 5-ə çatıb. İndiki dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Milli Məclisin deputatı, «Ümid» Partiyasının lideri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu prezidentliyə namizəd statusunu daha əvvəl almışdılar.
Topladığı imzaların böyük əksəriyyəti etibarsız sayıldığından başqa namizədin - «Vətəndaş Təşəbbüsləri» Mərkəzinin koordinatoru, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin qeydiyyatından imtina olunub.

Digər 3 iddiaçının – Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Bakı Dövlət Universitetinin baş müəllimi Qulamhüseyn Əlibəyli və Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru Əli İsa Ağaevlinin namizəd olub-olmayacağı sentyabrın 15-dək dəqiqləşəcək.
«Mediaforum»
XS
SM
MD
LG