Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında fərman imzalayıb.
Fərmanda müəyyən edilib ki, Azərbaycan Prezidentinin ştandartı (bayrağı) Azərbaycan Prezidentinin rəsmi simvoludur. Bayrağın etalonu dövlət başçısının xidməti otağında saxlanılacaq.