Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

«Neftin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur»


ARDNŞ prezidenti Rövnəq Abdullayev
ARDNŞ prezidenti Rövnəq Abdullayev
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur.

Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib: «Biz istərdik ki, neftin qiyməti optimal səviyyədə qalsın. Nə çox yuxarı qalxsın, nə də aşağı ensin. Bu optimal səviyyə 1 barel neft üçün 80-110 dollar arası hesab oluna bilər».

R. Abdullayev deyib ki, dünya bazarında neftin qiyməti sürətlə bahalaşdıqca, digər məhsul və xidmətlərin də qiymətləri qalxır. Bu isə öz növbəsində, xərclərin sürətli artımını şərtləndirir. / APA /
XS
SM
MD
LG