Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:53

«İlham Əliyev debatdan yox, tərif eşitməkdən qorxur»


politoloq İlqar Məmmədov
politoloq İlqar Məmmədov
«Namizəd ilk növbədə mövcud olmalıdır ki, onun danışığını, üzünü, geyimini yaxşılaşdıra bilsinlər».

Bunu «Seçki qatarı» verilişində politoloq İlqar Məmmədov prezidentliyə namizədlərin imicmeyker xidmətindən istifadəsi məsələsinə toxunarkən deyib. O bildirir ki, real siyasi mənada mövcud olmayan namizədin saçını nə qədər darasan da, qəşəng kostyum geyindirsən də, əsl namizəd olmayacaq:

«ABŞ-da da imicmeykerlər var. Amma onlara əlahiddə bir güc kimi baxmırlar. Yalnız namizədlər təxminən eyni vəziyyətdə olanda, imicmeykerlər üzə çıxır».

İ. Məmmədov hesab edir ki, hakim partiyanın namizədi, prezident İlham Əliyev debata çıxmaqdan çəkinir:

«Ona görə yox ki, tənqid eşidəcəyindən ehtiyatlanır. Əksinə, o, digər namizədlərin tərifini eşitməkdən ehtiyatlanır. Bu, seçki kampaniyasının klounada olduğunu bir daha bütün dünyaya göstərəcək. Yəni, İlham Əliyev debatda söz danışmaqdan qorxmur, tərif eşitməkdən qorxur».

Ətraflı verilişin audiosunda
XS
SM
MD
LG