Oktyabrın 8-də Azərbaycan Nəqliyyat Nazirliyində nəqliyyatın intellektual idarəsi sisteminin təqdimatı keçirilib. Sistem Koreyanın SK C &C şirkəti tərəfindən hazırlanıb və 2008-2009-cu illərdə tətbiq olunacaq.
Təqdimatda iştirak edən Koreya şirkətinin nümayəndəsi qeyd edib ki, layihənin sonunda avtobus marşrutları optimləşdiriləcək, avtobus marşrutları arasında müddət tənzimlənəcək. Sistem avtobusların hərəkatını tənzimləyib və nəzarət edəcək.
Sərnişinlər müxtəlif mənbələrdən (mobil telefonlar, İnternet, elektron lövhəcik) avtobuslar haqqında istənilən informasiya əldə edə bilər.
Bu sistemin tətbiqi üçün H. Əliyev prospekti üzrə idarə mərkəzi yaradılacaq. Mərkəzin bünövrəsi noyabrda qoyulacaq. Layihə çərçivəsində cəmi 20 elektron - rəqəmli cədvəl, 55 nəzarət kamerası, 77 video aşkarlaşdırıcı və 546 yolların kəsişməsində aşkar cihazları qurulacaq.
Nəqliyyat nazirinin müavini Musa Pənəhovun sözlərinə görə, bu sistem bir neçə mərhələdə istifadə ediləcək. Layihənin birinci mərhələsinin dəyəri təxminən $63 mln təşkil edir. Turan