Azərbaycanda prezident seçkisini izləmək üçün 40 minə yaxın şəxs qeydiyyatdan keçib. Mindən çox adam Mərkəzi Seçki Komissiyasında (MSK), qalanları isə seçki dairələrində qeydə alınıb.
Bunu MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyib. O bildirib ki, prezident seçkisi ilə bağlı xarici ölkələrdə 33 seçki məntəqəsi yaradılıb.
Ümumilikdə isə 54 ölkə və beynəlxalq təşkilat seçkini izləyəcək.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.