Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:36

«15 oktyabrdan sonra seçim etmək lazım olacaq»


R.Mirqədirov: «Regiondakı qlobal dəyişikliklə bağlı 15 oktyabrdan sonra seçim etmək lazım olacaq»
R.Mirqədirov: «Regiondakı qlobal dəyişikliklə bağlı 15 oktyabrdan sonra seçim etmək lazım olacaq»
«Bizim Yol»: Politoloq Rauf Mirqədirov qəzetə müsahibəsində belə deyib. «Hakimiyyət üçün siyasi və iqtisadi maraqlar baxımından düşünməli məsələlər çoxdur. Əvvəla, regiondakı qlobal dəyişikliklə bağlı 15 oktyabrdan sonra seçim etmək lazım olacaq. Söhbət Azərbaycanın bu seçimi edib-etməməyindən getmir. Məsələ ondadır ki, tərəfdaşlarımız seçim etməyə imkan verməyəcəklər. Gürcüstan hadisələrinə qədər Qərb və Moskva hakimiyyətə komfort şərait yaratmışdılar. Son məlum olaylardan sonra vəziyyət bir qədər dəyişib, bütün qlobal oyunçular Azərbaycandan bu və ya digər dərəcədə seçim etməyi tələb edəcəklər. Hakimiyyət bu məsələnin üzərində düşünməli olacaq. Çünki seçimin hansı istiqamətə götürülməsi daxili siyasətə müəyyən korrektələr etməyə təsir göstərəcək».
«Azadlıq»: Türkiyənin «Tekfen İnşaat və Təsisat» şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Neft Şirkətinin yeni inzibati binasının tikintisinə dair niyyət protokolu imzalanıb. Qəzet yazır ki, razılaşmaya əsasən, 5 il ərzində «Tekfen İnşaat»a 37 milyard dollarlıq inşaat işləri sifariş verməlidir. ARDNŞ-in yeni inzibati binasının tikintisinə 1,5 milyard dolların xərclənməsi nəzərdə tutulur. 37 mərtəbəli yeni inzibati bina Heydər Əliyev prospektində tikiləcək. Maraqlıdır ki, yeni binanın dəyəri hələ bəlli olmadığı halda öncədən bu işə 1,5 milyard dolların xərclənəcəyi bildirilirdi. Ancaq indi bəlli olur ki, tikintinin dəyəri hələ bundan sonra hesablanmalıdır. Özü də hesablamanı ARDNŞ-in payçı olduğu şirkətin aparması çox şübhəli məqamlardan xəbər verir».

«Yeni Azərbaycan»: «Azərbaycanın xarici siyasətində Amerika ilə münasibətlər prioritet xarakter daşıyır və iki tərəfli əlaqələrin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir». Hakim partiyanın orqanı ABŞ Azərbaycan arasındakı münasibətlərin uğurla inkişaf etdiyini yazır: «Əlverişli geostrateji məkanda yerləşən və demokratik, sivil, hüquqi dövlət quruculuğu yolunu tutan, zəngin enerji resurslarına malik olan Azərbaycan müstəqillik qazandığı ilk vaxtlardan daim ABŞ diplomatiyasının diqqət mərkəzindədir».
«Üç nöqtə»: Azərbaycan Mətbuat Şurasının katibliyində Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dəstək Fondunun əsasnaməsi, qrantların, kreditlərin ayrılması, subvensiyaların, supsidyaların və ünvanlı yardımların verilməsi ilə bağlı sənədlərin layihəsinin hazırlanması yaxın zamanlarda başa çatdırılacaq. «Hazırda sənədlərin hazırlanma prosesi aparılır. Sənədlər hazır olandan sonra Mətbuat Şurasında müzakirə ediləcək və təxminən oktyabr ayının sonunda Prezident Aparatına təqdim olunacaq»-, Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib.
XS
SM
MD
LG