Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:17

«Əhalinin 45 faizinin psixoloji yardıma ehtiyacı var»


Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, Tibb Universitetinin professoru Nadir İsmayılov
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, Tibb Universitetinin professoru Nadir İsmayılov
Dinlə

«İndi istənilən ölkədə əhalinin 45 faizinin psixoloji tibbi yardıma ehtiyacı var»-, bunu Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, Tibb Universitetinin professoru Nadir İsmayılov deyir. «Azadlıq» Radiosunun «Can Bakı» proqramının qonağı olan həkimin sözlərinə görə, psixoloji sağlam adamın əsas iki göstərici olur:

«Birincisi-özünütənqid hissinin olmasıdır. İnsan öz nöqsanını hamıdan birinci görməlidir. İkincisi, insan nə qədər məişətdə, işində, ictimai mühitdə sadədirsə, o, psixi baxımdan sağlamdır. Bu iki göstərici kimdə varsa, onu psixi sağlam adam hesab etmək olar».
Professor bildirdi ki, ruhi əsəb xəstəliklərin yayılmasının əsas səbəbləri əsasən irsi və xarici amillərdir.

«İnsan hər şeydən stress keçirə bilir. Məsələn küçədə bəzi sürücülər düzgün hərəkət etmir, elə sürətlə gəlirlər ki, az qalır maşınla səni basıb keçsin. Bu da stress yaradır. Amma xaricdə maşın piyada görəndə dərhal dayanır. Bizim nə insanlarımız, nə də yol cizgilərimiz buna hazır deyil. Azərbaycanda lap elə bir qərar versələr ki, maşın piyadanı gözləsin, bu, çox, çətin olar, buna yüksək bir mədəniyyət lazımdır. Məmurlarımız da mədəni olmalı, qanunçuluğu gözləməlidirlər. Bu, stress amilini xeyli azalda bilər».

Nadir İsmayılov deyir ki, insanın gözünə, hətta saçlarına baxmaqla onun depressiyada olub-olmadığını müəyyənləşdirmək mümkündür. O, hesab edir ki, Qarabağ münaqişəsinin öz həllini tapmamasının kökündə intellekt müharibəsi dayanır:

«Bu məsələyə bir az dərindən yanaşsaq, görərik ki, bu prosesdə nə qədər səhvlərə yol verdiyimizi, ağılsız addımlar atdığımızı, bir-birimizlə didişmələrə vaxt sərf etmişik. 1992-ci ildə qoşunlarımız az qala Xankəndinə gedib çıxmışdı. Amma o vaxt qüvvələr öz aralarında dil tapa bilmədilər. Deməli, intellektual səviyyəmiz lazımi səviyyədə deyildi. Ona görə də indiyədək ancaq elə danışıqlar aparmaqla məşğuluq».
XS
SM
MD
LG