Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:04

Belarus və Özbəkistana qarşı bəzi sanksiyalar götürüldü


Birlik Belarus prezidenti Lukaşneko və başqa rəsmilərin səfərlərinə qoyduğu qadağanı 6 aylığına ləğv edib
Birlik Belarus prezidenti Lukaşneko və başqa rəsmilərin səfərlərinə qoyduğu qadağanı 6 aylığına ləğv edib
Avropa Birliyi (AB) Belarus və Özbəkistana qarşı bəzi sanksiyaları götürüb. Birlik Belarus prezidenti Lukaşneko və başqa rəsmilərin səfərlərinə qoyduğu qadağanı 6 aylığına ləğv edib.

Bu haqda oktyabrın 13-də birliyin Xarici İşlər nazirləri Lüksemburqdakı toplantılarında razılığa gəliblər. Bununla belə, Belarusun Mərkəzi Seçki Komissiyasının sədri və 1999-2000-ci illərdə müxalifət fəallarının yoxa çıxmasına görə, məsuliyyət daşımaqda şübhəli bilinən rəsmilərin səfərlərinə qoyulan qadağa götürülməyib.
AB həmçinin Özbəkistana qoyduğu qadağaların çoxunu ləğv edib. Birlik hesab edir ki, bu ölkədə insan haqları sahəsində irəliləyiş var.
Belarus bu yaxınlarda siyasi məhbusları azad etsə də, keçirdiyi parlament seçkiləri ATƏT-i razı salmayıb.
Avropa Birliyi Özbəkistana sanksiyaları 3 il qabaq tətbiq etmişdi. Sanksiya Əndican hadisələri zamanı dinc əhalinin gülləbaran edilməsinə cavab idi və bura yüksək səviyyəli rəsmilərin səfərlərinə qadağalar da daxil idi. Lüksemburqda görüşən AB Xarici İşlər nazirləri razılığa gəliblər ki, viza məhdudiyyətləri gələn aydan götürülsün, amma Özbəkistana qarşı silah embarqosu qüvvəsində qalacaq.
XS
SM
MD
LG