Beynəlxalq Antikorrupsiya Akademiyası açılır. Təşəbbüsçü BMT və «İnterpol»dur. Akademiyada dünyanın müxtəlif ölkələrindən olan yüksək vəzifəli məmurlara, polis əməkdaşlarına korrupsiyaya qarşı necə mübarizə aparmaq və belə halları necə üzə çıxarmağın yolları öyrədiləcək.
BMT-nin Narkotiklərə və cinayətlərə qarşı idarəsinin icraçı direktoru Antonia Maria Kosta deyib ki, korrupsiya inkişaf etməkdə olan və demokratiya yolu ilə hərəkət etməyə başlayan ölkələr üçün böyük problem olaraq qalır.
Akademiya 2009-cu ilin payızında fəaliyyətə başlayacaq və Vyana yaxınlığında yerləşəcək.