Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:06

Dövlət büdcəsinin layihəsi parlamentə təqdim olunub


Yaxın günlərdə büdcə layihəsi parlamentin İqtisadi siyasət daimi komissiyasının iclasında müzakirəyə çıxarılacaq
Yaxın günlərdə büdcə layihəsi parlamentin İqtisadi siyasət daimi komissiyasının iclasında müzakirəyə çıxarılacaq
Azərbaycanın «2009-cu ilin dövlət büdcəsi haqqında» qanun layihəsi Milli Məclisə təqdim olunub.

İlkin proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 43.6 milyard manata, orta aylıq əməkhaqqı isə 353.3 manata çatdırılacaq.

Gələn il dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon manat nəzərdə tutulur. Bu da 2008-ci ilə nisbətən 16.1 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri isə 12 milyard 355 milyon manat və ya 11.7 faiz çox olacaq.

Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33 faiz (4 milyard 24 milyon manat) olmaqla 2008-ci illə müqayisədə 790 milyon manat artacaq.

İlkin makroiqtisadi proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda ÜDM-nin artım tempi ən azı 18 faiz, inflyasiya isə 12-14 faiz olacaq. Neftin baza qiyməti pessimist ssenari ilə 80 dollar/barel səviyyəsində götürülüb. / APA /
XS
SM
MD
LG