Keçid linkləri

2025, 06 Aprel, bazar, Bakı vaxtı 20:52

Boykotçu müxalifət seçkinin nəticələrini tanımadı


Prezident seçkisini boykot etmiş Müxalifətin Əməkdaşlıq Mərkəzi 15 oktyabr prezident seçkilərinin nəticəsini tanımadığını bildirib
Prezident seçkisini boykot etmiş Müxalifətin Əməkdaşlıq Mərkəzi 15 oktyabr prezident seçkilərinin nəticəsini tanımadığını bildirib
Dinlə

Prezident seçkisini boykot etmiş Müxalifətin Əməkdaşlıq Mərkəzi 15 oktyabr prezident seçkilərinin nəticəsini tanımadığını bildirib.

Mərkəzin yaydığı sənəddə bildirilir ki, beynəlxalq təşkilatların tövsiyələr əməl olunmayıb. Ölkədə seçkiqabağı şərait azad və ədalətli seçkilərin keçirilməsi üçün minimum tələblərə cavab verməyib.
«Seçki günü qanun pozuntuları və saxtakarlıqlar davam etdirilib. Məntəqələrdə səsvermə başlamazdan əvvəl seçki bülletenləri müşahidəçilərin nəzarəti altında sayılmayıb və bu barədə akt tərtib edilməyib. İcra hakimiyyəti və bələdiyyə strukturları ölkənin bütün ərazisində «karusel» metoduyla ayrı-ayrı seçici qruplarının bir neçə seçki məntəqəsində səs verməsinə təşkil ediblər».

Müxalifətin Əməkdaşlıq Mərkəzi bütün göstərilənləri nəzərə alaraq prezident seçkisinin azad və ədalətli olmadığını bildirir, hakimiyyəti qeyri-legitim hesab edir.

Müxalifətin Əməkdaşlıq Mərkəzində prezident seçkisini boykot etmiş Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları, Azərbaycan Naminə İctimai Forum birləşib.

MSK-nın yaydığı ilkin məlumata görə prezident seçkilərində indiki dövlət başçısı İlham Əliyev qələbə çalıb.
XS
SM
MD
LG