Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24

«Bu 5 ildə fərqli düşünən insanların sayı azalacaq»


Azər Rəşidoğlu
Azər Rəşidoğlu
Dinlə

Növbəti 5 ildə İlham Əliyevdən nə gözləyirsiniz?

«Azadlıq» radiosunda «Seçki qatarı»nın növbəti buraxılışı bu mövzuya həsr edilmişdi.

«Tolerantlıq» Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu dedi ki, bu 5 ildə ölkədəki avtoritar rejim tam oturuşmuş totalitar rejimə çevrilə bilər:

«Orta və kiçik bizneslə məşğul olan insanlar da sıradan çıxarılacaq. Fərqli düşünən insanların sayı azalacaq. Buna dözməyənlərin əksəriyyəti mühacirət etmək məcburiyyətində qalacaq».

A. Rəşidoğlu hesab edir ki, seçkiyə qatılan namizədləri müxalifət adlandırmaq düzgün deyil. Çünki onlar nə seçki dövründə, nə də seçkidən sonra hakimiyyəti tənqid etmədilər, hakimiyyətin hansısa siyasəti ilə razılaşmadıqlarını demədilər:

«Seçkinin nəticələri açıqlanmamış namizədlərin dərhal İlham Əliyevi təbrik etməkdə bir-biri ilə yarışması onların nə dərəcədə müxalif düşüncəli olduğunu göstərdi».

Siyasi şərhçi bildirdi ki, İlham Əliyev bu seçkidə öz seçicilərinə heç bir vəd vermədi:

«Bu, cəmiyyətə bir hörmətsizlik idi. Dünya praktikasında, demokratik cəmiyyətlərdə belə hallar baş vermir. Onlar seçkidən qabaq problemi həll etmişdilər, ona görə də heç bir vəd verilmədi».

Seçki Texnologiyaları İnstitutunun direktoru Şirzad Məmmədli isə söylədi ki, Azərbaycan kimi ölkədə seçkidə saxtakarlıq olmaması mümkün deyil:

«İndi müxalifətçilik uğrunda mübarizə gedir. Çünki müxalifətin yeri boşdur. İndi iqtidar çalışacaq ki, bu yeri ona sərf edən qüvvələr tutsun. Məncə, müxalifət təsirli, güclü, efiri, mitinq yerini ala bilən müxalifət olmalıdır. Hakimiyyəti məcbur etməlidir ki, islahatlara getsin, heç olmasa, tələblərinin bir qismini yerinə yetirsin. Xalqı arxasınca apara bilən müxalifət olmalıdır. Bunun günahının hamısını iqtidarda axtara bilmərik».
XS
SM
MD
LG