Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:03

«Qarabağ danışıqlarının yeni mərhələsi başlayır»


«Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların yeni və fəal mərhələsi başlayıb»
«Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların yeni və fəal mərhələsi başlayıb»
«Yeni Müsavat» bu barədə yazıb. Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların yeni və fəal mərhələsi başlayıb. Xəbər verildiyi kimi, Rusiya prezidenti Dmitri Medvedev Yerevana səfəri zamanı tezliklə onun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında görüş olacağı haqda məlumat verib.
Qəzet yazır ki, bəzi məlumatlara görə, Rusiya Qarabağ münaqişəsinin hazırda müzakirə edilən və Ermənistanı qane edən «Madrid prinsipləri» çərçivəsində həllini təmin etməyə razıdır. Ancaq bir şərtlə ki, münaqişə bölgəsində sülhməramlılar qismində Rusiya qüvvələri yerləşdirilsin və Bakı-Tbilisi-Ceyhan neft kəmərinə nəzarət hansısa formada Moskvanın əlinə keçsin. Habelə, Bakı qaz məsələsində və digər strateji məsələlərdə Rusiyanın təkliflərini qəbul etsin».

«Üç nöqtə»: AŞ PA Azərbaycandakı prezident seçkilərinə qış sessiyasında qiymət verəcək. Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib. Onun sözlərinə görə, Strasburqda baş tutacaq sessiya qurumun Azərbaycanda prezident seçkilərini müşahidə etmiş nümayəndələrinin hazırladığı sənəd əsasında müzakirələr aparılacaq.

«Bizim Yol»: «Həyatım boyu belə seçki görməmişdim»-, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu belə deyib: «Məsələ burasındadır ki, İlham Əliyevin təbliğatı ən zəif təbliğat oldu və bumeranq effekti verdi. Dövlət başçısının vəkilləri onun əleyhinə işləyirdilər, hətta ölkədə nüfuz sahibi olanları da təbliğat zamanı küncə qoydular, alimləri, ziyalıları, dindarları, qan davasının qarşısını ala biləcək nüfuzlu seyidləri üçüncü sırada düzdürdülər. Qarşıda isə təsiri olmayan adamlar dayanırdı. Yəni ən uğursuz təbliğat dövlət başçısının idi».

«Azərbaycan»: Dövlət qəzetləri İlham Əliyevin prezident seçkilərində qələbəsinə dair silsilə məqalələr dərc edirlər. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun bir səhifəlik məqaləsi «Xalqın inamını doğruldun lider» adlanır. Rektor yazır: «Cənab İlham Əliyevin prezident seçkilərindəki möhtəşəm qələbəsi onun xalqın etibar göstərdiyi alternativsiz lider olduğunu bir daha təsdiqlədi». Məqalə bu fikirlə yekunlaşır: «İnanırıq ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaq».
XS
SM
MD
LG