Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:42

Müslim Maqomayev vəfat edib</a> <img src="/img/icon-video.gif" border=0 /> <font color="darkorange">Video</font>


1997-ci ildə Günəş sisteminin balaca planetlərindən birinə onun adı verilib
1997-ci ildə Günəş sisteminin balaca planetlərindən birinə onun adı verilib
Tanınmış ifaçı Müslim Maqomayev oktyabrın 25-i səhər, uzunsürən ağır xəstəlikdən sonra vəfat edib. O, ürəyin işemik xəstəliyi və damarların aterosklerozundan əziyyət çəkirdi.

M.Maqomayev 1942-ci il avqustun 17-də Bakıda doğulub. O, 1962-ci ildə «Kreml» Sarayında verdiyi konsertdən sonra bütün Sovet İttifaqında tanınıb.

M. Maqomayev ilk solo-konsertini 1963-cü ilin noyabrında Çaykovski adına Konsert Zalında verib. 1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan M.Maqomayev 1964-65-ci illərdə Milanın «La Skala» teatrında təcrübə keçib.

M. Maqomayev 1969-cu ildə Sopotedə keçirilən festivalda I yeri qazanıb və Kannda «Qızıl val» alıb. 1973-cü ildə SSRİ xalq artisti adına layiq görülən sənətkar həmin il Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri olub.

M.Maqomayev «Nizami», «Oxuyur Müslim Maqomayev», «Moskva notalarda» filmlərində çəkilib, 20-dən artıq filmə musiqi yazıb.

1997-ci ildə Günəş sisteminin balaca planetlərindən birinə onun adı verilib.

Son vaxta qədər M.Maqomayev Moskvada yaşayır və hərdənbir xarici qastrollara çıxırdı.

M.Maqomayev oktyabrın 29-da dəfn olunacaq.

XS
SM
MD
LG