Oktyabrın 27-də ATƏT-in Bakı ofisinin, ABŞ, Fransa və Norveç səfirliklərinin nümayəndələri 14 saylı cəzaçəkmə müəssisəsində «Azadlıq» qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitlə görüşüblər.
Bu barədə «Turan»a görüşdə iştirak edən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. Hüquq müdafiəçisi görüşün qapalı olduğunu və buna görə də nəticələri barədə açıqlama verə bilməyəcəyini deyib.
M.Sakitin səhhətinin bir qədər normal olduğunu deyən E.Behbudov jurnalistin bədənində müəyyən ağrıların qaldığını bildirib. Komitə sədri yaxın günlərdə onun digər cəzaçəkmə müəssisəsinə köçürüləcəyini deyib.

Mirzə Sakitin yaxınları oktyabrın 18-də onun 14 saylı cəzaçəkmə müəssisəsində nəzarətçilər tərəfindən döyüldüyünü iddia edirlər. Bununla bagli hüquq müdafiəçiləri Ədliyyə naziri Fikrət Məmmədovla görüşüb və jurnalistin digər cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş ediblər.
«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit narkotik vasitələrin qanunsuz satışında təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Bir çox beynəlxalq təşkilatlar isə onun peşəsinə görə həbs olunduğunu bildirirlər.