Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:01

«Cəmiyyət qadının ayağından tutub geri çəkir»


Publisist Mehriban Vəzir və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayılova
Publisist Mehriban Vəzir və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayılova
Oktyabrın 28-də Muzey Mərkəzində «Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar» kitabının təqdimat mərasimi keçiriləcək. Bu kitab Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin layihəsi çərçivəsində hazırlanıb.

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, kitabın müəllifi Mehriban Vəzirin sözlərinə görə, məqsəd Azərbaycanda müxtəlif dövrlərdə dəyişikliklər etməyə cəsarəti çatan qadınların fəaliyyətini qabartmaqdır:

«Azərbaycanda qadın inkişafı durğun haldadır. Ortada olan bir neçə parlaq qadınlar digər qadınları üzə çıxmağa qoymurlar. Qadın qadına, kişi qadına mane olur. Bütün zaman cəmiyyət qadının ayağından tutub geri çəkir. Ona görə də qərara gəldik ki, qadının inkişafına dəstək olmaq üçün belə bir kitab buraxaq. Keçmiş zamanlardan bu günə kimi ictimai həyatda dəyişiklik etməyə cəsarəti çatan qadınların siyahısını tərtib etdik. Bu qadınlar kimdir, nəyə qadirdirlər, qadın ağıllı, elmli, cəsarətli olanda cəmiyyət hara yönəlir - bütün bunları cəmiyyətin diqqətinə çatdırmağa cəhd göstərdik».

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayılova bildirdi ki, layihə il yarımdır davam edir: «Üzləşdiyimiz problemlərdən biri məlumat çatışmazlığı oldu. Muzeylər, kitabxanaları gəzdik, çox axtardıq, 500-600 qadından ibarət siyahı topladıq. Bu qadınların arasında da seçim etməliydik. Obyektivlik məsələsi çox önəmli məsələ idi. İstəyirdik ki, bütün suallara cavab vermək iqtidarında ola bilək. Yəni, nəyə görə məhz bu qadınları kitaba daxil etmişik. Gördük ki, qadınların qadınları seçməsi bir qədər çətindir. Düşündük ki, daha obyektiv olar ki, kişilərdən ibarət ekspertlər şurası yaradaq. Belə də etdik».

Şəhla xanımın əlavəsinə görə, Muzey Mərkəzində həm kitabın təqdimat mərasimi, həm də rəsm sərgisi keçiriləcək. Kitaba adları daxil edilən qadınların gənc rəssam Günay tərəfindən çəkilən şəkilləri sərgidə nümayiş olunacaq.

Buna da bax:

XS
SM
MD
LG