Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:18

Müsavat meriyadan Ali Məhkəməyə şikayət edib


Müsavat partiyası mitinqə icazə vermədiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətilə bağlı Ali Məhkəməyə müraciət edib. Bir-neçə ay əvvəl Bakı meriyası Müsavat partiyasının mitinq keçirmək istəyinə mənfi cavab verdiyindən partiya əvvəlcə Səbail, daha sonra Apellyasiya məhkəməsinə müraciət edib.

Hər iki məhkəmə instansiyası şikayəti təmin etmədiyindən partiya Ali Məhkəməyə şikayət edib. Partiyanın təşkilat məsələləri üzrə başqan müavini Arif Hacılı deyir ki, onlar sonuncu məhkəmə instansiyasından sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər. Partiya funksioneri deyir ki, məqsəd Azərbaycanda sərbəst toplaşma azadlığının bərpasına nail olmaqdı.
Bundan başqa seçki ərəfəsində kütləvi aksiyalara keçirməklə bağlı mənfi cavab alan Müxalifətin Əməkdaşlıq Mərkəzi də Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşır. Belə ki seçkini boykot edən müxalifət partiyalarının seçkidən sonra mitinq keçirmək istəyinə paytaxt meriyası mənfi cavab verib. Müxalifət partiyaları isə verilən cavabı əsassız sayırlar və hesab edirlər ki, mitinq keçirilməsi üçün müraciətdə göstərilən doqquz meydanın heç birinə icazə verilməməsi vətəndaşların sərbəst toplaşma hüququnu məhdudlaşdırılmasından başqa bir şey deyil.

Meriyanım müxalifətə verdiyi cavabda isə bəzi meydanlarda təmir işləri getdiyi, bəzilərinin ərazisinin kiçik olduğu əsas gətirilir. Məktubda həmçinin müxalifətə meriyanın mitinqlər üçün təyin etdiyi meydanlarda aksiya keçirmək təklif olunur.
XS
SM
MD
LG