Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

Prezidentlərin görüşünün sonunda bəyannamə imzalanıb


Üçtərəfli görüşün sonunda bəyannamə də imzalanıb
Üçtərəfli görüşün sonunda bəyannamə də imzalanıb
Noyabrın 2-də Moskvaətrafı Mayndorf qəsrində Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin - Dmitri Medvedev, Serj Sarkisyan və İlham Əliyevin görüşü baş tutub. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin razılaşdırılmasına dair işi yüksək səviyyədə davam etdirməklə bağlı razılığa gəliblər. Həmçinin Xarici İşlər nazirlərinə münaqişənin həllinə dair danışıqları sürətləndirməyi tapşırıblar.
Üçtərəfli görüşün sonunda bəyannamə də imzalanıb. Bəyannamədə bildirilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsip və normalar əsasında həllinə çalışırlar.
Rusiya, Ermənistan və Azərbaycan razılaşıblar ki, münaqişənin dinc həllinin əldə olunması hüquqi öhdəliklər yaradan beynəlxalq təminatla müşayiət olunsun. Bundan başqa, prezidentlər ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini davam etdirməyin əhəmiyyətini də təsdiqləyiblər.
Görüşü təşkil etmək təşəbbüsü Rusiya prezidentinə məxsusdur. Oktyabrın 20-21-də Yerevanda səfərdə olarkən, D.Medvedev deyib ki, istənilən çətin məsələ beynəlxalq prinsiplər və yalnız sülh danışıqları əsasında həll olunmalıdır.
XS
SM
MD
LG