İran prezidenti Mahmud Əhmədinejat 60 iranlı iqtisadçının imzaladığı tənqidi məktubu rədd edərək özünün iqtisadi siyasətini müdafiə edib. O, israrla bildirib ki, İrana qərb yönümlü iqtisadi institutlar lazım deyil.
İranlı iqtisadçılar açıq məktublarında prezidentlərini ifşa edərək bildiriblər ki, Əhmədinejatın ticarət siyasəti səhvdir və dünyanın digər ölkələri ilə gərgin siyasət İranı xarici investisiya imkanlarından məhrum edib.
Mahmud Əhmədinejat tənqidləri qəbul etməyərək deyib ki, İranın Qərb üslubunda iqtisadi idarəyə ehtiyacı yoxdur.