Azərbaycan, Ermənistan və Türkiyənin xarici işlər nazirləri üçtərəfli görüş keçirmək barədə razılığa gəliblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələlər müzakirə olunacaq.
Bu barədə «Röyter» agentliyi Türkiyənin xarici işlər naziri Əli Babacana istinadla xəbər verir.
Əli Babacan münaqişənin həllində Moskvanın rolunu alqışlayıb və bildirib ki, onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Moskvadan vacib addımlar gözləyirlər.
Bu yaxınlarda Rusiya prezidenti Dimitri Medvedevin təşəbbüsülə Moskvada prezidentlərin üç tərəfli görüşü olmuşdu.