Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:36

Medvedevin ümidləri Obamayadı


Medvedev deyib ki, o, ABŞ-ın Avropada Raket əleyhinə müdafiə sistemləri yerləşdirmək planını Vaşinqtonla müzakirə etməyə hazırdır
Medvedev deyib ki, o, ABŞ-ın Avropada Raket əleyhinə müdafiə sistemləri yerləşdirmək planını Vaşinqtonla müzakirə etməyə hazırdır
Rusiya prezidenti Dimitri Medvedev Birləşmiş Ştatların yeni prezidenti seçilmiş Barak Obamanın hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətlərinin inkişafına ümidlə yanaşdığını deyib. O, belə bir bəyanatla Vaşinqtonda, Xarici Əlaqələr Şurasında çıxış edib.

Medvedev həmçinin qeyd edib ki, o, Birləşmiş Ştatların Avropada Raket əleyhinə müdafiə sistemləri yerləşdirmək planını Vaşinqtonla müzakirə etməyə hazırdır.
Rusiya bu günlərdə bəyan etmişdi ki, əgər Birləşmiş Ştatlar Çexiya və Polşada raket əleyhinə müdafiə sistemləri yerləşdirsə, Moskva buna cavab olaraq Kalininqradda qısa mənzilli raketlər yerləşdirəcək.

Fransa prezidenti Nikola Sarkozi isə bu arada bəyan edib ki, Birləşmiş Ştatların Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirmək planı Avropanın təhlükəsizliyinə kömək edə bilər.

O, Vaşinqtonda keçirilmiş maliyyə sammitində çıxışında qeyd edib ki, belə bir sistem İrandan gələn mümkün hücumun qarşısını ala bilər.
Sarkozi bundan əvvəl Rusiya prezidenti Dimitri Medvedevə demişdi ki, Birləşmiş Ştatların Çexiya və Polşada radar qurğuları yerləşdirməsi Avropanın təhlükəsizliyinə xidmət etməyəcək.

Bu isə Praqa və Varşavanın narazılığına səbəb olmuşdu.
XS
SM
MD
LG