Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda keçirilən mitinqlərlə bağlıdır.
1988-ci ilin noyabrın 17-də «Azadlıq» meydanında Qarabağ münaqişəsində Respublika və İttifaq rəhbərliyinin Azərbaycan xalqına zidd siyasətinə qarşı mitinq başlandı. Aksiya dekabrın 5-nə kimi davam etdi. Mitinq SSRİ ordusu tərəfindən dağıdıldı, ölən və yaralanan oldu.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndirilir. Bu gün 1992-ci ildən keçirilir.
İki il əvvəl Nazirlər Kabinetinin qərarı ilə noyabrın 17-si bayram günü kimi saxlanılsa da, iş günü elan edildi.