«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti - AzTV «Amerikanın səsi» proqramlarının Yayım İdarəçiləri Şurasının rəhbərliyinə rəsmi xəbərdarlıq göndərib. Xəbərdarlıqda deyilir ki, 2008-cu il dekabrın 31-dən AzTV «News Flash» verilişinin yayımını dayandırır.
«Turan»ın məlumatına görə, «Amerikanın səsi» rəhbərliyinə ünvanlanmış rəsmi məktubda deyilir ki, yayımın dayandırılmasına səbəb Azərbaycanın milli qanunvericiliyinin tələbləridir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, hər bir teleradio yayımçısı ona verilmiş tezlikdə yalnız öz verilişlərini yayımlaya bilər.
Bu zaman AzTV Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq məktubuna istinad edir. Öz növbəsində, MTRŞ sədri Nuşirəvan Məhərrəmli ABŞ Dövlət katibinin müavini Devid Kramerin 2009-cu ildə xarici radiostansiyaların yayımı davam etdirməsi haqda sözlərini təsdiq etməyib.
Noyabrın 19-da Bakıda keçirdiyi mətbuat konfransında D.Kramer deyib ki, prezident İlham Əliyevlə Azərbaycanda Qərb radiostansiyalarının yayımı məsələsini müzakirə edib. Kramerin sözlərinə görə, yayımın davam etdirilməsi və paralel olaraq hüquqi məsələlərin müzakirə olunacağı barədə razılıq əldə olunub.
«Turan»ın müxbiri ilə söhbətində MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu məsələ «Azərbaycan qanunvericiliyi çərçivəsində həll ediləcək».