Böyük Britaniyanın dünyanın 20-dən çox ölkəsində münaqişələrin həlli üzrə ixtisaslaşan məşhur «International Alert» («Beynəlxalq həyəcən») tədqiqat mərkəzi «Qafqaz çayı» yaradılması təşəbbüsü ilə çıxış edib.
Bu yeni məhsul - gürcü, abxaz, Azərbaycan və Ermənistanın çay növlərindən ibarət olacaq.
Londondakı mənbələrdən «Turan»a daxil olan məlumata görə, bu təklif Qafqazda iqtisadi əməkdaşlığın və sahibkarlığın inkişaf etdirilməsi üzrə təşəbbüslər çərçivəsində hazırlanıb.
Sual doğuran yeganə məsələ Ermənistanda çay istehsal edilməməsidir. Lakin «Qafqaz çayı»nın sınaq qablaşdırmaları artıq hazırdır.
«İnternational Alert» 1993-cü ildən Qafqazda münaqişələrin tədqiqi ilə məşğuldur.