Noyabrın 18-də «Zerkalo» qəzetinin yazarı İdrak Abbasovun evinə basqın edən şəxs tapılmır. Jurnalist deyir ki, bu, açıq-aşkar sifarişli işdir:
«Evimə basqın edəni öz əlimlə aparıb polisə təhvil verdim. Polislərin bizi necə qarşılamasını, bizdən ərizəni necə çətinliklə qəbul etmələrini diktafona yazmışam. Aşkar bir cinayət törətmiş insanı buraxırlar ki, get. Sonra da deyirlər ki, tapa bilmirik».
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə polislərin İdrak Abbasovun evinə hücum edən şəxsi azad etmələrində qanunsuz məqam axtarmağın yersiz olduğunu deyir. Onun sözlərinə görə, polislər həmin anda etməli olduqları işi görüblər:
- Polislər tam qanuni hərəkət ediblər. Şəxsi əslində vaxtından artıq saxlamaq qanunsuzluqdur. Polislər qanuna uyğun olaraq şəxsi bir neçə saatdan sonra buraxıblar. Araşdırmalar davam edir. Sadəcə həmin adam yayınır. Buna baxmayaraq tezliklə saxlanılıb məsuliyyətə cəlb olunacaq.
- Ehsan müəllim, bölməyə gətirilənin şəxsiyyətini müəyyən etmək mümkün olub?
- Əlbəttə olub. Narahatçılığa heç bir əsas yoxdur. O adam uzağa gedə bilməz.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən də «Azadlıq» radiosuna bildirirlər ki, jurnalistin bölməyə gətirdiyi şəxsin axtarışı davam edir. Hətta onun şəklini artıq axtarışda olan vətəndaşların qırmızı kitabına da daxil ediblər. Növbətçi polisə ünvanladığımız, «bölmədə olan şəxsi azad edib sonradan onun şəklini axtarışda olanların siyahısına əlavə etmək peşəkarlığa nə qədər uyğundur» sualına isə tutarlı cavab ala bilmədik:
- Təhqiqatçı araşdırır da işi. İndi görək nə olur.
İdrak Abbasov noyabrın 21-də faktla bağlı DİN-ə də müraciət edib:
- Qənimət Zahidi tuturlar, gecə saat 1-də ona törətmədiyi olaya görə, məhkəmə həbs-qətimkan tədbiri seçir. İnsanların həyatına təcavüz etmiş şəxsi isə polis azad edir. Əgər Qənimət Zahidlə bağlı olayda gecə saat 1-də məhkəmə qurmaq mümkün idisə, niyə cinayət törətmiş bir insan məhkəməyə verilmədi? Polis deyir ki, bizim bir şəxsi üç saatdan artıq saxlamaq imkanımız yoxdur. Əlbəttə yoxdur. Ancaq bu üç saatda onu məhkəməyə təhvil verib törətdiyi cinayətə adekvat qərar çıxarmaq mümkün olardı.
İdrak Abbasov deyir ki, həmin şəxsin yenidən onun evinə basqın etməyəcəyinə əmin deyil. Yaxın günlərdə şəxsi tutmaq mümkün olmasa, jurnalist təhlükəsizliyinin təmin olunması üçün daha yuxarı orqanlara muraciət etmək niyyətindədir.