Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:58

Obama iki milyon yarım yeni iş yeri açacaq


Noyabrın 22-də Barak Obama iqtisadi həvəsləndirmə paketini elan edib
Noyabrın 22-də Barak Obama iqtisadi həvəsləndirmə paketini elan edib
ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama iqtisadi sahədə komandasını noyabrın 24-də elan edə bilər. Köməkçiləri təsdiq ediblər ki, Obama Maliyyə naziri vəzifəsinə Mərkəzi Bankın Nyu-York bölməsinin rəhbəri Timoti Qetneri təyin etmək niyyətindədir.
Keçmiş prezident Bill Klintonun zamanında Maliyyə naziri olmuş Lourens Summers isə Ağ Evdə Milli İqtisadi Şuranın direktoru vəzifəsini tutacaq.
Noyabrın 22-də Barak Obama iqtisadi həvəsləndirmə paketini elan edib. Onun dediyinə görə, bu paketdə iki milyon yarım yeni iş yerinin açılması və ya mövcud iş yerlərinin qorunması, yolların və körpülərin inşası nəzərdə tutulur. Həmçinin paketə məktəblərin müasirləşdirilməsi, alternativ enerji mənbələri və səmərəli avtomobillərin hazırlanması da daxildir.
XS
SM
MD
LG