Dekabrın ilk günündə Bakıda işıqforların, liftlərin işləmədiyini, blokların, parkların qaranlığa qərq olduğunu görsəniz, təəccüblənməyin. Səbəb Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mənzil-Kommunal Təsərrüfat Departamentinin «Bakıelektrikşəbəkə»yə xeyli borcunun yığılmasıdır. «Bakıelektrikşəbəkə»nin sözçüsü Tanrıverdi Mustafayev:
«Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin «Bakıelektrikşəbəkə»yə 12 milyon manat borcu yığılıb. Dekabrın 1-dək vaxt verilib. Əgər borc ödənməsə, işıqforların, liftlərin, blokların elektrik enerjisi kəsiləcək».
BŞİH-in sözçüsü Nuranə Mərdanova isə «Azadlıq» radiosuna deyir ki, sözügedən məbləğ olduqca böyükdür, söhbət meriyanın yalnız bir departamentindən gedə bilməz:
«Bakı Şəhər İcra Hakimiyyəti bəlkə bir neçə yüz manat borcludur. Bunlar meriyanın bütün strukturlarını və idarələrini nəzərdə tuturlar. Bakı Şəhər İcra Hakimiyyətinin borcu var demək düzgün deyil, bizim o qədər idarəmiz var ki…»
Bakı sakinləri ilə deyirlər ki, işıqforlara elektrik enerjisinin nəqli dayandırılsa, şəhər nəqliyyatı iflic olacaq:
- Onsuz da bütün günü tıxacdı, indi 3-4 qat artacaq.
- Bütün şəhər iflic olar. İndi sürücülərdə nəqliyyat mədəniyyəti yoxdur. Aləm bir-birinə dəyəcək.
- Bizim sürücülər belə ekstremal durumlara öyrənib. Özləri çıxış yolu tapacaqlar.
- Şəhərdə gəzmək mümkün olmaz.
- Gör işıq necə bahadır ki, Bakı Şəhər İcra Hakimiyyəti pulu ödəyə bilmir. Bəs, bu kasıb camaat necə ödəsin?
Söhbətləşdiyimiz sakinlərin çoxu BŞİH-in balansında olan liftlərdən xeyli gileyləndilər. Dedilər ki, «Bakıelektrikşəbəkə» işığı kəsdi-kəsmədi, onsuz da lift işləmir.
Ancaq sakinlər onu da deyirlər ki, liftlər pis işləsə də, «Bakıelektrikşəbə»nin liftlərin və blokların işıqlarını kəsəcəyi sevindirici xəbər deyil. Xüsusən yaşlı əhali üçün:
- Uşaqlar liftdə qala bilər. Yaşlı insanlar üçün çətin olacaq. Heç olmasa orta mərtəbələrdən birinə qalxır lift.
- Mən yuxarı mərtəbələrə liftsiz qalxa bilmirəm. Bu, çıxış yolu deyil axı. Başqa yol tapsınlar.
«Bakıelektrikşəbəkə» isə bildirir ki, qurum bütün müştərilərə eyni gözlə baxır. Əgər dekabrın 1-dək meriya pulu ödəməsə, işıqlar mütləq kəsiləcək.