Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı həm mahiyyət, həm də qəbul edilənlik üzrə iki qərar açıqlayıb. Bunlar Əliyev və digərləri, Ağazadə və Mahmudov Azərbaycana qarşı olan işlərdir.
Məhkəmə Əliyev və digərlərinin işi üzrə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin pozuntusunu müəyyən edib.
Ağazadə və Mahmudov Azərbaycana qarşı işi üzrə isə məhkəmə Konvensiyanın 10-cu maddəsinin pozuntusunu müəyyən edib. Eyni zamanda onlara mənəvi zərərə görə, 1000 avro, məhkəmə xərclərinə görə isə 925 avro pul ödənilməsi barədə qərar verib.
2003-cü ildə «Müxalifət» qəzetində dərc olunan «Azərbaycanda taxıl mafiyası» başlıqlı yazıdan prezidentin əmisi, akademik Cəlal Əliyev xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəmsində iddia qaldırıb. Məhkəmənin həmin ilin may ayında verdiyi qərarla qəzetin baş redaktoru Rövşən Mahmudov və şöbə redaktoru Yaşar Ağazadə hər biri ayrı-ayrılıqda 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ancaq 2003-cü ilin may ayının 8-də Milli Məclisin verdiyi amnistiya aktına əsasən jurnalistlər məhkəmə salonundan azadlığa buraxılıblar.

R.Mahmudov və Y.Ağazadə yerli məhkəmələrin onların söz azadlığını pozduğunu iddia edərək bu işdən Avropa Məhkəməsinə müraciət etmişdilər.
2007-ci ildə isə Rövşən Mahmudov və Yaşar Ağazadə böhtan maddəsi ilə ittiham olunaraq, iki il altı ay müddətinə azadlıqdan məhrum ediliblər. Buna «A.M.A.Y. Əliyevlər ailəsinin ticarət nişanıdır» başlıqlı məqalə səbəb olub. Bu dəfə də iddiaçı akademik Cəlal Əliyev olub.
Ancaq 2007-ci il dekabrın 28-də prezidentin fərmanı ilə Y.Ağazadə və R.Mahmudov əfv edilib. Jurnalistlərin bu işlə bağlı şikayətləri də artıq Avropa Məhkəməsinin icraatındadır.