İlham Əliyevlə Serj Sərkisyan İsveçrənin Davos şəhərində görüşə bilərlər. Bunu APA-ya ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib. Merzlyakov bildirib ki, həmsədrlər bu yaxınlarda yenə regiona gələcəklər, onda prezidentlərin görüşünü müzakirə edəcəklər.
Yanvarın 29-da Davosda iqtisadi forum başlayır.
Rusiyalı həmsədr deyib ki, münaqişənin nizamlanması ilə bağlı bir yenilik yoxdur, amma xarici işlər nazirlərinin görüşündən xeyli vaxt keçib, növbəti addımları atmaq vacibdir.