Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:14

Vətənə xəyanətdə ittiham olunan əsgərə hökm oxunub


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə vətənə xəyanətdə təqsirləndirilən Azərbaycan Milli Ordusunun əsgəri Vüsal Heybətova hökm oxunub.
Məhkəmədən «Turan»a verilən məlumata görə, V.Heybətov cəzasını ciddi rejimli cəzaçəkmə məntəqəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə istintaqı zamanı o, özünü günahkar bilmədiyini bildirib.

Heybətovun işi üzrə məhkəmə prosesi noyabr ayında başlayıb. Məhkəmə baxışı qapalı keçirilib.

Vüsal Heybətov 2008-ci il aprelin 11-də Ermənistan hərbçiləri tərəfindən Ağdam rayonu istiqamətində əsir götürülüb. O, mayın 3-də Azərbaycan tərəfə təhvil verilib.
Aparılan araşdırmalardan sonra V.Heybətova qarşı vətənə xəyanət ittihamı irəli sürülüb və o, həbs olunub.
XS
SM
MD
LG