Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:56

Leyla Yunusun məhkəməsinin tarixi bəlli deyil


Daxili İşlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı iddiasına məhkəmə baxışının vaxtı məlum deyil. L.Yunusun vəkili İsaxan Aşurov «Azadlıq» radiosuna deyib ki, iş materialları beş gün ərzində Nəsimi məhkəməsindən Yasamal məhkəməsinə göndəriləcək.

Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə İsaxan Aşurov işə aidiyyatı üzrə Yasamal Məhkəməsində baxılması haqda vəsatət qaldırmış, hakim vəsatəti təmin etmişdi.

Daxili İşlər naziri insan haqları müdafiəçisinin «day.az» saytına müsahibəsində polisin işgüzar nüfuzuna ziyan vurduğunu iddia edərək onun üzr istəməsini və mənəvi ziyanın qarşılığında 100 min manat ödəməsini istəyir.
XS
SM
MD
LG