Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:32

Naxçıvanın Mətbuat Şurası jurnaslitləri təhqir edir


Nəsibovlar «Şərq qapısı» qəzetini və Naxçıvanın Mətbuat Şurasını məhkəməyə vermək niyyətindədirlər
Nəsibovlar «Şərq qapısı» qəzetini və Naxçıvanın Mətbuat Şurasını məhkəməyə vermək niyyətindədirlər
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin orqanı olan «Şərq qapısı» qəzetində «Azadlıq» radiosunun Naxçıvan müxbirləri təhqir olunub.

Qəzetin 29 yanvar sayında «Sürüşən ayağa xizək lazımdırmı, yaxud populist intriqaların qərəzli mövqeyi nədən qaynaqlanır» başlıqlı məqalə dərc olunub. Bir səhifəlik məqalənin müəllifi Naxçıvan MR Mətbuat Şurasıdır.

Qəzetdə İsmayıl Hüseynovlar ailəsi haqqında da yazılıb və baş verənlərin əslində onların ailə daxili problem olduğu bildirilib. Qəzet yazır ki, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan (RATİ) olan jurnalistlər, «Azadlıq» radiosunun əməkdaşları Məlahət və İlqar Nəsibovlar bu ailənin üzvlərini qızışdıraraq onlardan müsahibə alırlar. Qəzet yazır ki, adı çəkilən jurnalistlər Naxçıvanın suyunu və çörəyini yeyirlər, amma Naxçıvana qarşı çıxırlar.

Məlahət Nəsibova məqalədə onları təhqir edən bir neçə məqamın olduğunu deyir. «Azadlıq» radiosunun adı çəkilən əməkdaşları onları təhqir etdiyinə görə, «Şərq qapısı» qəzetini və Naxçıvan MR Mətbuat Şurasını məhkəməyə vermək niyyətindədirlər.
«Azadlıq» radiosunun Naxçıvan müxbiri Məlahət Nəsibova son zamanlar 72 yaşlı Sədərək sakini İsmayıl Hüseynovun polis zorakılığına etiraz etdiyi üçün psixiatrik klinikaya yerləşdirilməsi faktı üzrə araşdırmalar aparıb. Bundan sonra jurnalistə Sədərək sakini Malik Əliyev adlı şəxs zəng edərək onu ölümlə hədələyib.

Bu faktla bağlı «Azadlıq» radiosu Daxili İşlər naziri Ramil Usubova məktub ünvanlayıb, məktubda nazirlikdən jurnalistin təhlükəsizliyinin təmin olunması və ölümlə hədələyən şəxsin qanun qarşısında məsuliyyətə cəlb olunması xahiş edilir.
XS
SM
MD
LG