Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Əliyev xarici radiolarla bağlı məsələyə münasibət bildirdi


İ.Əliyev: «Ola bilsin ki, bizim tərəfdən guya onlara qadağa qoyulması ilə bağlı beynəlxalq mətbuatda anlaşılmazlıq yaranıbdır»
İ.Əliyev: «Ola bilsin ki, bizim tərəfdən guya onlara qadağa qoyulması ilə bağlı beynəlxalq mətbuatda anlaşılmazlıq yaranıbdır»
AzerTAc-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev «The Wall Street Journal» qəzetinə müsahibəsində Azərbaycanda xarici radioların milli tezlikdən çıxarılması məsələsinə münasibət bildirib:
«Milli Televiziya və Radio Şurasının qərarı 2002-ci ildə qəbul olunmuş və xarici radiolara milli tezliklərdə yayımlamaya icazə verməyən qanun əsasında qəbul edilmişdir. Beləliklə, bu, qadağa deyildir»-, deyə prezident qeyd edib.

O, daha sonra bildirib: «Azadlıq» radiostansiyası, BBC və «Amerikanın səsi» qısa dalğalarda öz verilişlərini yaya bilər. Onlar internet, kabel və peyk vasitəsilə verilişlərinin yayımını davam etdirə bilərlər. Ola bilsin ki, bizim tərəfdən guya onlara qadağa qoyulması ilə bağlı beynəlxalq mətbuatda anlaşılmazlıq yaranıbdır. Lakin biz qadağa qoymamışıq, sadəcə, öz qanunvericiliyimizə uyğun formaya gətirmişik. Biz Avropadakı vəziyyəti öyrənmişik. Orada da vəziyyət eynidir. Biz Azərbaycanda medianı məhdudlaşdırmırıq, sadəcə, onlar milli qanunvericiliyə və Avropadakı mövcud normalara uyğun olmalıdır».

Yeri gəlmişkən qeyd edək ki, «The Wall Street Journal» hələ müsahibəni dərc etməyib.

MTRŞ bu ildən Azərbaycanda yayımlanan üç xarici radionun – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin milli tezlikdə yayımını dayandırıb. Şura hesab edir ki, xarici radioların yerli tezlikdə yayımlanması qanuna ziddir.

Beynəlxalq təşkilatlar MTRŞ-ın bu qərarının media plüralizminə ziddi olduğunu bəyan ediblər.
XS
SM
MD
LG