Fevralın 5-i Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin bu vəzifəyə təyin olunduğu gündür. Artıq 14 ildir Azərbaycan ordusuna rəhbərlik edən cənab Əbiyev ölkənin ən uzunömürlü nazirlərindəndir.
Ancaq Müdafiə Nazirliyinin hələ də internet saytı olmadığı üçün bu uzunömürlü nazir haqqında məlumatı qeyri-rəsmi saytlardan götürməli olduq.
Əldə etdiyimiz məlumatlara görə, Səfər Axundbala öğlu Əbiyev 1950-ci ildə Bakıda doğulub. 1971-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini, 1982-ci ildə isə Moskvada Frunze adına hərbi akademiyanı bitirib.
Sovet ordusu sıralarında Almaniyada o cümlədən Baltikyanı, Cənubi Qafqaz və sair hərbi dairələrdə xidmət edib. Bölük komandirliyindən diviziya və birlik komandirinədək yüksəlib.
Azərbaycan müstəqillik əldə edəndən sonra Səfər Əbiyev respublikaya gələrək Baş Qərargahın əməliyyatlar idarəsində çalışıb. Daha sonra Naxçıvanda yerləşən briqadalardan birinə komandir göndərilib. Sonradan Baş Qərargah rəisinin müavini, ordu korpusunun komandiri olub. Nəhayət Səfər Əbiyev Baş Qərargah rəisinin və 1993-cü il iyun-avqust aylarında müdafiə nazirinin vəzifələrini icra edib.
1995-ci il fevralın 5-də general-mayor rütbəsində müdafiə naziri təyin edilib. Hazırda cənab Əbiyev general-polkovnikdir.
Səfər Əbiyev dövlət başçısının demək olar ki, irad və ya tənqidi ilə üzləşməyən nazirlərdəndir. Prezident İlham Əliyev istər keçirdiyi müşavirələrdə istərsə də kursantlar, hərbçilər qarşısındakı çıxışlarda ordu quruculuğundan, Müdafiə Nazirliyinin fəaliyyətindən razılıqla danışır.
Ancaq hərbi və siyasi ekspertlər arasında müdafiə nazirinə münasibət birmənalı deyil. Bəzi ekspertlər ilk növbədə yada salırlar ki, onun nazir vəzifəsini müvəqqəti icra etdiyi dövrdə Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl və Qubadlı rayonları işğal edilib. Sonrakı dövrlərdə isə hər hansı rayon işğaldan azad edilməyib.
Müdafiə nazirini hələ sovet ordusu sıralarından tanıyan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyir ki, Səfər Əbiyevin 14 il bu postu tutması onun gücünün göstərici deyil. Üstəlik silahlı qüvvələrin başında uzun müddət eyni adamın oturması və göstərişlər verməsi dünya praktikasında o qədər də yaxşı qarşılanmır.
Belə hal iki səbəbdən baş verir. Ya ölkədə yaxşı kadrlar olmur, ya da nazir rəhbərliyi qane edir. Bunun heç biri müsbət hal deyil:
«Mən hesab edirəm ki, Səfər Əbiyev Azərbaycan müdafiə nazirləri sırasında ən uğursuzudur. Çünki bu illər ərzində o heç nə ilə yadda qalmayıb. 14 il ərzində Azərbaycan ordusu 14 metr də ərazini işğaldan azad etməyib. Amma Səfər Əbiyev general-polkovnik rütbəsinə qədər yüksəlib. Halbuki, uzun illər onun rəhbərliyi altında şəxsi heyətdən bir neçə min nəfər dünyasını dəyişənlər var. Minlərlə insan əllilik, şikəstlik dərəcəsi alıb. Buna görə bir dəfə də olsun o məsuliyyətə cəlb olunmayıb».
Üzeyir Cəfərovun sözlərinə görə Səfər Əbiyev bu posta peşəkar göstəricilərinə görə yox, vaxtilə Naxçıvandakı şəxsi xidmətlərinə görə irəli çəkilib.
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə hesab edir ki, indiki müdafiə naziri öz postunda həm də yaxşı fəaliyyətinə görə qalır. Belə ki, hazırda Azərbaycan ordusu ölkədə gedən siyasi proseslərdə də iştirak edir. Məsələn seçkilər zamanı silahlı qüvvələrin şəxsi heyətinin mövqeyi nəticələrə kifayət qədər təsir edən bir amildir:
«Əgər silahlı qüvvələrin rəhbərliyində islahatlar aparılsa, ordu nəzarətdən çıxacaq və siyasətə qatılmayacağını bəyan edəcək. Bu isə hakimiyyətin seçkilərdə məğlubiyyətinə səbəb ola bilən bir amildir. Mənə elə gəlir ki, ordunun rəhbərliyinin uzunömürlü olmasının bir səbəbi də budur».
O ki, qaldı hazırda Azərbaycan ordusunda həyata keçirilən islahatlara onlar kiminsə şücaəti deyil. Sadəcə Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsidir. Cəsur Sümərinli belə deyir.
Hər il dövlət büdcəsində ordu quruculuğu üçün ayrılan vəsaitin məbləği artırılır. 2008-ci ildə hərbi xərclərə 2 milyard dollara yaxın vəsait sərf edildi. Bir çox mütəxəssislər hesab edirlər ki, həmin pulların xərclənməsində şəffaflıq olmadığı üçün Müdafiə Nazirliyində mənimsəmələrə yol verilir. Bu pulların təyinatı üzrə xərclənib xərclənməməsi barədə fikirlər xüsusilə büdcə layihəsinin müzakirəsi zamanı parlamentdə də səslənir. Deputat Pənah Hüseyn isə hesab edir ki, nə müdafiə naziri, nə də onun müavinləri, və ya hansısa generalların həmin pullara toxunmağa cəsarəti çatmaz. Həmin vəsaitin böyük bir hissəsi daha yuxarı instansiyalara çatır. Bu vəziyyətə qarşı səsini çıxara bilməməsini də müdafiə nazirinin daha bir xidməti hesab edənlər də var.