Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:36

Rauf Arifoğlu: «Mənim də daxilimdə senzura yaranıb»


Rauf Arifoğlu
Rauf Arifoğlu
«Yeni Müsavat» qəzetinin 4 mininci sayı işıq üzü görüb. Azərbaycanda müstəqil medianın ilk qaranquşlarından olan nəşrin baş redaktoru Rauf Arifoğlu «Azadlıq» Radiosunun İşdən sonra proqramında deyib ki, qəzetin mövcud olduğu 20 il ərzində yalnız bir il təzyiqlərsiz ötüşüb - 1992-1993-cü illərdə.

Yeni Müsavat qəzetinin baş yazarı onu da dedi ki, Elmar Hüseynovun qətlindən sonra hər bir jurnalistdə, o cümlədən onun özündə daxili senzura yaranıb. «Mənim də daxilimdə özünüsenzura var. Müəyyən adamlar və sahələr var ki, onlar haqqında yazanda artıq özümüz çox ehtiyatlı ifadələr işlətməyə məcbur oluruq. Çünki onların bunun cavabında hansı addımı atacağından, nə edəcəyindən əmin deyilik. Müxbirlər gecələr qaranlıqda evə gedir və bloklar qaranlıq olur. Elmar Hüseynov da qaranlıq blokda qətlə yetirilmişdi» deyir Rauf Arifoğlu. O, jurnalistləri ehtiyatlanmağa sövq edən sahələrin və şəxslərin kimliyini açıqlamadı – özü dediyi kimi, ehtiyatlandığı üçün...

Rauf Arifoğlu deyir ki, «Yeni Müsavat» qəzeti Müsavat partiyası ilə artıq eyni ofisdə olmasa da, münasibətlərdə istiləşmə müşahidə olunur: «Prezident seçkilərindən əvvəlki gərginlik artıq yoxdur».

Baş redaktor onu da deyir ki, referendum dövründə qəzet bütün tərəflərin təşviqatı üçün açıq olacaq.

Buna da bax:

XS
SM
MD
LG