Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

Qırğızıstandan çıxarılan ABŞ bazası hara köçür?


Qırğızıstan prezidenti Kurmanbəy Bakıyev və onun tacik həmkarı İmaməli Rəhman. Moskva. 5 fevral 2009
Qırğızıstan prezidenti Kurmanbəy Bakıyev və onun tacik həmkarı İmaməli Rəhman. Moskva. 5 fevral 2009
Tacikistan ABŞ və NATO-nun qeyri-hərbi yüklərin Əfqanıstana göndərilməsində öz ərazisindən istifadə edilməsinə razılıq verir. Bu barədə ABŞ-ın Düşənbədəki səfiri Transi Cakobson fevralın 6-da Tacikistan prezidenti İmaməli Rəhmanla görüşdən sonra məlumat verib.

Səfirin bildirdiyinə görə tezliklə ABŞ nümayəndə heyəti müzakirələr üçün Tacikistana gedəcək:

«Biz ABŞ-ın kommersiya yüklərinin Əfqanıstana göndərilməsi üçün Tacikistanın tam hazırlığını müzakirə etdik. Biz General Petrausun səfəri zamanı da burda həmin məsələni qısaca müzakirə etmişdik. İndi də həmin danışıqları davam etdirdik. Bundan başqa, deməliyəm ki, Əfqanıstana kommersiya yüklərinin Tacikistan vasitəsilə göndərilməsinə dair sualların müzakirəsi üçün ABŞ-dan yeni nümayəndə heyətinin gəlməsini gözləyirik».

Cakobson bildirir ki, yüklər Tacikistandan Əfqanıstana quru ərazisi ilə göndərilə bilər. Bunun üçün də ABŞ-ın 2007-ci ilin avqustunda Panc çayı üzərində tikdiyi körpüdən istifadə edilə bilər.

Prezident Rəhman da qeyd edib ki, bu yüklər tikinti materialları, dərman, yanacaq və su kimi qeyri-hərbi xarakterli yüklər olacaq.
Bu həftə Qırğızıstan prezidenti bildirmişdi ki, o, ölkəsində amerikalıların istifadə etdiyi Manas hərbi hava bazasının bağlanması barədə qərar verib. Qərar gələn həftə parlamentdə təsdiqlənməlidir.

ABŞ Əfqanıstan üçün vacib təchizat yüklərini indiyə qədər həmin baza vasitəsilə Əfqanıstana çatdırırdı.
XS
SM
MD
LG