Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:18

«Yuxarının razılığı olmadan bələdiyyə torpaq sata bilməz»


«Şəffaflıq mexanizmləri o zaman işlənilməli idi. Torpaqların 70-75%-i satılandan sonra yox»
«Şəffaflıq mexanizmləri o zaman işlənilməli idi. Torpaqların 70-75%-i satılandan sonra yox»
«Təəssüf edirəm ki, Avropa Şurası bələdiyyələrin statusu məsələsinə aydınlıq gətirmək tələbini irəli sürmədi. Axı bu məsələ mühümdür və Konstitusiyada öz əksini tapmalıdır. Üstəgəl, bələdiyyə statusu Azərbaycanın götürdüyü öhdəliklərin içindədir».

Bu fikirlər ekspert Rövşən Ağayev «Azadlıq» radiosunun «İşdən sonra» proqramına deyib.

«Bələdiyyə yuxarıdan razılıq olmadan heç bir torpaq sata bilmir. Yalnız indi hökumət fikirləşir ki, hərrac mexanizmi işə düşməlidir. Şəffaflıq mexanizmləri o zaman işlənilməli idi. Torpaqların 70-75%-i satılandan sonra yox»

Ekspert bələdiyyələrin nə dərəcə də şəffaf işləməsi məsələsinə də münasibət bildirdi:

«Bir ölkədə ki, korrupsiya hərtərəfli kök salıb, bələdiyyələrin şəffaf işləməsini hazırda təsəvvür belə etmək olmaz. Məsələn, Neft Şirkətinə məxsus torpaqların bələdiyyə tərəfindən satılmasını eşidəndə cinayət məsuliyyəti qaldırılmalıdır. Amma faydası nə? Heç olmasa, hər-hansı icra hakimiyyəti strukturların nümayəndəsinin adı hallanıbmı? Yalnız bələdiyyənin adı çəkilir. Belə olmaz axı.!.»

Buna da bax:

XS
SM
MD
LG