Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:33

Günah kimdədir - polisdə, yoxsa cəmiyyətdə?


Ekspert hesab edir ki, çox vaxt polislər vətəndaşların öz hüquqlarını bilmədiklərinə görə üstünlüyə malik olurlar
Ekspert hesab edir ki, çox vaxt polislər vətəndaşların öz hüquqlarını bilmədiklərinə görə üstünlüyə malik olurlar
«Psixoloji problem və gülməli vəziyyət yaranır. Amma gülməyə artıq imkan yoxdur. Mən Leyla xanımın həmin məqaləsini oxudum və o mənə digər müsahibələrindən fərqli daha çox mülayim göründü».

Daxili İşlər naziri Ramil Usubovun hüquq müdafiəçisi Leyla Yunusu məhkəməyə verməsini psixoloq Azad İsazadə belə xarakterizə edir:

«Həmin məqalədə daha böyük zərbə prokurorluq və məhkəmə orqanlarına vurulurdu. Amma nədənsə DİN-dən reaksiya gəldi. Siyasi məsələyə bənzəyir. Bu məhkəmə hüquq müdafiəçisi üçün əlverişli faktora çevriləcək. 1 aydan sonra Azərbaycanda referendum var. Belə ərəfədə qalmaqallı proses kimin nəyinə gərəkdir?»

Psixoloq daha sonra bildirib: «Kamera avtomatdan daha qorxuludur. Avtomata qarşı uzaq başı avtomat çıxaracağam, kameraya qarşı isə acizəm. Müharibə zamanı və ya müharibə şəraitində olan məkanda mümkün qədər kəskinliyi azaltmaq lazımdır. Əks halda snayper ilk növbədə kameramanı, jurnalisti öldürəcək, zabiti yox». Bu cür vəziyyəti polis zorakılığı ilə üst-üstə qoymaq məsələsində isə psixoloq ümidvar oldu ki, beynəlxalq sazişlər, insan haqların qorunması, cəmiyyətin fəallığı polis zorakılığın qarşısını ala bilər.

«Polis problem yaradır, yoxsa cəmiyyət bu problemlərin səbəbkarıdır» sualına Azad İsazadə belə cavab verir:

«Yəqin ki, bu ikitərəflidir. Qarabağda ilk zərbəni üzərinə Azərbaycan polisi alıb. Bunu yaddan çıxarmaq lazım deyil. Lakin, ölkə daxilində gedən son illərdəki proseslər vəziyyəti heç də polisin xeyrinə dəyişməyib. Maraqlı vəziyyət yaranıb. Polis adi geyimdə olanda çox mülayim və normal insan olur, forma isə ondan «pobolşe zəhrimara» tələb edir».

Ekspert hesab edir ki, çox vaxt polislər vətəndaşların öz hüquqlarını bilmədiklərinə görə, üstünlüyə malik olurlar. Bundan süi-istifadə edirlər. «Hüquqlarımızı bilməliyik. Hər kəs özü-özünü qorumaq qabiliyyətinə malik olmalıdır»-, deyə Azad İsazadə bildirib.

Buna da bax:

XS
SM
MD
LG