Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:04

«Yeni Fikir»çilərin məhkəməsində şahidlərin dindirilməsi davam edib


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyevlə Səid Nurinin aprelin 17-də keçirilən məhkəmə prosesində şahidlər dindirilib.

Zamində olan Səid Nurinin verdiyi məlumata görə, hakim və dövlət ittihamçısı məhkəmədə dindirilən şahidlərə «Yeni Fikir»lə əlaqələrinin olub-olmaması, təşkilatın maliyyə mənbələri haqqında suallar veriblər. Hakim istintaq dövründə Ruslan Bəşirliyə işgəncə verilib-verilməməsini araşdırmaq üçün məhkəməyə Bayıl təcridxanasının əməkdaşlarını da dəvət edib. Hakimin suallarına cavab verərkən onlar fevral ayında Ruslan Bəşirlinin səhhətinin pisləşdiyini, bunun isə xəstəliklə ələqəli olduğunu deyiblər.


Səid Nurinin verdiyi məlumata görə, məhkəmənin qapalı keçirilməsinə etiraz edən təqsirləndirilən şəxslər əvvəlki günlərdə oluğu kimi, bu dəfə də dindirmələrdə iştirak etməyiblər. Onlar vəkillərdən imtina etsələr də, hazırda dövlətin təyin etdiyi müdafiəçilər məhkəmədə müşahidəçi kimi iştirak edir.

Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə aprelin 18-də davam edəcək.


Ruslan Bəşirli, Ramin Tağıyev və Səid Nuri dövlət çevrilişinə cəhddə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunurlar.


XS
SM
MD
LG