Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:26

Beynəlxalq telefon danışıqları ucuzlaşır


Mayın 1-dən şəhər telefonlarından istifadəyə görə abunə haqqı bəzi abonentlər üçün artırılacaq. Beynəlxalq telefon danışığı qiymətləri isə aşağı salınacaq. Tarif Şurasının cümə günü verdiyi qərara əsasən, həmin tarixdən telefon istifadəçilərinə iki qiymət paketi təklif ediləcək.

Birinci paketdə aylıq abunə haqqı əvvəlki 3300 köhnə manat yerinə şəhər və rayonlarda 7500, kəndlərdə isə 2500 manat olacaq. Amma MDB ölkələrinə zənglərin bir dəqiqəsinin qiyməti 1800 manata endirilib.

İran və Türkiyəyə zənglər isə yarıbayarı ucuzlaşaraq dəqiqəyə 2250 manat olub. Avropa, Amerika və başqa ölkələrə zənglərin haqqı da ucuzlaşıb – hər bir dəqiqəyə 2700 manat olacaq.

İkinci qiymət paketində isə aylıq abunə haqqı indiki səviyyədə saxlanılır – 3300 manat. Amma MDB ölkələrinə zəngin hər dəqiqəsi 2250, İran və Türkiyəyə 2700, Avropaya 3600, Amerika və başqa ölkələrə isə hər dəqiqə üçün 4500 köhnə manat olacaq.


XS
SM
MD
LG