Bakıda Nizami küçəsində – Torqovıda mənzilin 1 kvadrat metri 1900 dollardır. Bu, elə Praqa qiymətidir. Yəni Mərkəzi Avropada təzə tikilmiş müasir evdəki 1 kvadrat metrin qiymətidir.
Baksovetdə 1 sot yer 250 min dollardır. Mən Praqada elanlara baxdım, ən bahalı yerdə 1 sot ən çoxu 250 min dollardır. Yəni Bakıda qiymətlər Mərkəzi Avropaya artıq çatıb. Bakıda qiymətlər niyə belə yüksəkdir? Yenə də artacaq, ya nə vaxtsa düşməlidir? Pulu olan daha banka qoysa yaxşıdır, yoxsa ev, torpaq alsa? 100 faiz təminat varmı ki, torpağın sənədləri sabah şübhə altına alınmayacaq? Və ya evi sökməyəcəklər ki, üstündən yüksəkgərginlikli elektrik xətləri keçir?
Bu suallar pulu olanlara aiddir. Pulu olmayan bu evləri necə alsın? Maaş 150-200 dollar olan ölkədə ipoteka işləyə bilərmi?
Bu suallara bugünkü söhbətimizin qonaqları cavab verəcək:
- "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov;
- Azərbaycanda tikinti işinin veteranı, Bakı Baş Tikinti İdarəsinin keçmiş rəisi Emil Axundov;
- "Turan" informasiya agentliyində bazar araşdırmaları və monitorinq qrupunun rəhbəri Samir Nemanoğlu
ƏTRAFLI AUDİO HİSSƏDƏ DİNLƏYƏ BİLƏRSİNİZ