Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:34

«Radiolarla bağlı məsələyə birdəfəlik son qoymaq lazımdır»


Vitse-spiker deyir ki, Azərbaycanda Azərbaycan qanunları tətbiq olunmalıdır
Vitse-spiker deyir ki, Azərbaycanda Azərbaycan qanunları tətbiq olunmalıdır
«Radiolarla bağlı məsələyə birdəfəlik son qoymaq lazımdır»-, parlamentin fevralın 10-da keçirilən iclasında vitse-spiker Bahar Muradova belə deyib.

O bildirib: «Milli Teleradio Şurasının xarici radiolarla bağlı verdiyi qərar tam qanunauyğundur. Yerli tezliklər yalnız yerli radiolar üçündür». Vitse-spiker deyir ki, Azərbaycanda Azərbaycan qanunları tətbiq olunmalıdır.

Bu ildən Milli Teleradio Şurası Azərbaycanda fəaliyyət göstərən üç xarici radiostansiya – «Azadlıq», «Amerikanın səsi» BBC-nin milli tezlikdə yayımını dayandırıb. Şura hesab edir ki, xarici radiolarının yerli tezlikdə yayımlanması qanuna ziddir.

Beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin bu addımını fikir plüralizminə zərbə kimi qiymətləndiriblər.

Bahar Muradova 2005-ci ildən Milli Məclisin sədr müavinidir.

O, əmək fəaliyyətinə Bakıda tikiş fabrikində tikişçi-nəzarətçi kimi başlayıb. 1993-cü ildən siyasi fəaliyyətlə məşğul olan xanım Muradova Yasamal İcra Hakimiyyətdə təlimatçısı, daha sonra Prezident Aparatında referent işləyib.

İndi isə o, YAP icra katibinin müavinidir. Eyni zamanda ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir.
XS
SM
MD
LG