Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:09

Müxalifətin təşəbbüs qrupları qeydə alındı


Bundan əvvəl daha yeddi təşəbbüs qrupu qeydiyyata alınmışdı. İki qrupun qeydiyyatından isə imtina edilmişdi
Bundan əvvəl daha yeddi təşəbbüs qrupu qeydiyyata alınmışdı. İki qrupun qeydiyyatından isə imtina edilmişdi
Müxalifətin yaratdığı «Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşəbbüs qrupları qeydiyyata alınıb. Bu haqda qərar Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 11-də keçirilən iclasında qəbul edilib.

Digər iki qrup - «Milli İstiqlal» və «Azərbaycan Xalq Cümhuriyyəti» təşəbbüs qrupları isə qeydə alınmayıblar.

Bundan əvvəl daha yeddi təşəbbüs qrupu qeydiyyata alınmışdı. İki qrupun qeydiyyatından isə imtina edilmişdi.

Hər təşəbbüs qrupunun qeydiyyatı üçün 40 mindən çox seçicinin imzası tələb edilir.

Martın 18-də Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Müxalifət bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın dəyişdirilməsi təklifini monarxiyaya cəhd hesab edir.

Qeydiyyatdan keçən təşəbbüs qrupları referenduma 28 gün qalmış təşviqata başlayacaqlar.
XS
SM
MD
LG