Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:53

Maaş artır, dərs saatı azalır


Paytaxtın bir çox məktəblərində siniflər azalıb. Siniflərin azalması isə təbii ki, dərs saatlarına da təsir edib
Paytaxtın bir çox məktəblərində siniflər azalıb. Siniflərin azalması isə təbii ki, dərs saatlarına da təsir edib
Bakının 285 saylı orta məktəbinin müəllimi Fərhad Əliyev şikayətlənir ki, dərs saatı azalıb. Buna görə də maaşlarının artırılması onların gəlirinə təsir etməyib. Müəllimlər həm də dərs saatlarına görə pul alırlar:

«Hər dəfə prezident maaşlarımızı artıranda dərs saatlarımızı azaldırlar. Ümumi nəticədə bizim maaş artımımız olmur».

Bakı şəhər Təhsil idarəsinin şöbə müdiri İsmayıl İsmayılov deyir ki, paytaxtın bir çox məktəblərində siniflər azalıb. Siniflərin azalması isə təbii ki, dərs saatlarına da təsir edib. Necə deyərlər, dərs az, müəllim çox…

«Əmək haqları ötən ilin sentyabrın əvvəlindən artıb. Amma ola bilər ki, sentyabrda siniflər də azalıb. Siniflərin sayı da azalanda dərs saatları da azalır. Mmükündür ki, ərazidə olan sakinlər başqa yerə köçsün, bu da sinfin sayına təsir göstərsin».

Fərhad Əliyevin şikayətinə 285 saylı orta məktəbin direktor müavini Mayıs Qurbanovdan da cavab istədik. Mayıs Qurbanov dedi ki, ötən illə müqayisədə məktəbdə siniflərin sayı azalıb. Amma o səviyyədə yox ki, müəllimlərin maaşına ciddi təsir göstərsin.

Mayıs Qurbanov deyir, elə fənn var ki, məsələn, bədən tərbiyəsi üzrə, məktəbdə 2-3 müəllim var. Ona görə də tədris proqramına uyğun dərs saatları bu müəllimlər arasında bölünəndə onların dərs yükü çox olur.

«Azadlıq» radiosunun «Qaynar xətt»inə şikayətlərinizi bildirmək üçün hər gün 436 77 41 nömrəli telefona zəng edə bilərsiniz.
XS
SM
MD
LG