Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:37

Rusiya Yaponiyaya maye qaz satacaq



Rusiya və Yaponiyanın baş nazirləri Vladimir Putinlə Taro Aso Saxalində maye qaz istehsal edən zavodun açılışında iştirak ediblər.

Saxalin- 2 layihəsində Rusiya, Yaponiya, Böyük Britaniya və Niderland iştirak edir və bu zavodda istehsal olunacaq qazın böyük hissəsinin Yaponiyaya göndərilməsi nəzərdə tutulur.

Zavod il ərzində 10 milyon ton qaz istehsal edəcək ki, bu da dünya maye qaz təhcizatının 5 faizi deməkdir.
XS
SM
MD
LG