Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:06

Azərbaycanlılar vegetarian olurlar


İndi yediklərimiz…
İndi yediklərimiz…
Azadlıq Radiosunun araşdırmasına görə, son 25 ildə ərzaq rasionumuzdakı ət, balıq, yumurta və başqa heyvan mənşəli qidaların yerini bitki mənşəli qidalar– kartof, tərəvəz, çörək və makaron tutub.

1985-2006-cı illər arasındakı dövrdə orta azərbaycanlının ərzaq rasionunda ət, balıq, süd, yumurta azalıb.

Əvəzində indi azərbaycanlılar «yenidənqurma» dövründəkindən daha çox - təxminən 4 dəfə çox kartof, 3 dəfə çox tərəvəz, 30 faiz çox çörək və makaron yeyirlər.


Dövlət Statistika Komitəsinin və BMT-nin Ərzaq Proqramının 1985-2006-cı illər üçün hesabladığı statistik göstəricilərə əsasən:

24 il əvvəl yediyimiz…

1985-ci ildə azərbaycanlı ildə orta hesabla 35 kilo ət, 4.7 kilo balıq, 155 ədəd yumurta, 28 kilo kartof, 62 kilo tərəvəz, 158 kilo çörək və makaron yeyib, 293 litr süd içirdi. İldə 37 kiloya yaxın şəkərdən və 3 litrdən çox bitki yağından istifadə edirdi.

Bu gün yeyə bilmədiyimiz…

Amma bu gün azərbaycanlı ildə 13 kilo az ət, 120 dənə az yumurta, 2.5 kilo daha az balıq, 6 kilo daha az şəkər yeyir. Əvəzində isə azərbaycanlılar SSRİ-də «yenidənqurma» dövründəkindən 1.4 litr daha çox bitki yağı, 3.5 dəfə daha çox kartof, 3 dəfə daha çox tərəvəz və bostan məhsulları və 23 kilo çox çörək və makaron istehlak edir.

Rəsmi gündəlik menyumuz

Yəni bu rəsmi rəqəmlərə görə, azərbaycanlı gündə 60 qram ət, 6 qram balıq, 263 qram kartof, yarım kilo tərəvəz və ya qarpız-yemiş və yarım kilo çörəklə doyur, 2 stəkan süd içir, 5 gündə 1 yumurtanın dadına baxır.
XS
SM
MD
LG