Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

Aydın Bəşirov: «Məqsədimiz köhnə gəmiləri modernləşdirməkdir»


2009-cu ildə Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi 13 milyon tondan artıq neft məhsulu daşıyacaq. Bunu fevralın 19-da jurnalistlərə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov deyib.

O, bildirib ki, Azərbaycan Xəzər neftinin daşınması üçün əlavə olaraq may ayında 13 min tonluq yeni tanker alınacaq.

«Xəzər Dəniz Gəmiçiliyi «Şevron»un Qazaxıstan yataqlarından çıxardığı nefti də Sanqaçal terminalına daşıyacaq. Bu da ildə 4 milyon ton təşkil edir»-, deyə Bəşirov bildirib.

O, əlavə edib ki, Rusiyanın daxili sularında üzmək üçün Azərbaycanın 20 gəmisinə icazə verilib. Amma Rusiya 30 ildən çox istismar müddəti olan gəmilərin daxili sularında üzməsinə icazə verməyib.

Aydın Bəşirov deyir ki, indi əsas məqsəd quru yük daşıyan köhnə gəmiləri modernləşdirməkdir.

Hazırda Qara dənizdə Azərbaycanın 16 gəmisi üzür. Bu gəmilər Avropa və Ərəb ölkələri limanlarına quru yükü daşımaqla məşğuldur.
XS
SM
MD
LG