Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 21:31

“Əbu Bəkr” məscidinin fəaliyyətinə yenə icazə verilmədi


Bakı Apellyasiya Məhkəməsi “Əbu Bəkr” məscidinin fəaliyyətinə icazə verilməsi barədə “Nərimanov rayon dindarları” Dini İcmasının apellyasiya şikayətini təmin etməyib. Hakim İlham Əsədovun sədrlik etdiyi məhkəmə Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması tələbi ilə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə iddianı təmin edib məscidin fəaliyyətinin bərpası barədə qərar çıxarıb, ancaq sonradan cavabdeh tərəfin şikayəti əsasında işə yenidən baxaraq iddianı rədd edib. Səbəb məsciddə baş vermiş terror hadisəsi ilə əlaqədar istintaqın hələ yekunlaşmaması göstərilib.

2008-ci il avqustun 17- də naməlum şəxs Əbu Bəkr məscidinə əl qumbarası atıb, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb, terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

“Nərimanov rayon dindarları” Dini İcmasının vəkili Cavanşir Süleymanov APA-ya deyib ki, yaxın günlərdə qərardan kasasiya şikayəti verəcəklər.

XS
SM
MD
LG