Barak Obama Amerika prezidenti kimi ilk səfərini Kanadaya edib.
Obama Kanadanın iqtisadi böhrana qarşı yönəlmiş səylərini alqışlayıb. O eyni zamanda Amerikanın bu günlərdə qəbul etdiyi iqtisadiyyatı stimullaşdırma planının iki ölkənin ticarət münasibətlərinə xələl gətirməyəcəyini deyib.
Paytaxt Ottavada Kanada baş naziri Stiven Harperlə birgə mətbuat konfransı keçirən Obama bu ölkənin həm də Əfqanıstandakı problemlərin həllinə verdiyi töhfəsini də yüksək qiymətləndirib.